• Azərbaycan
  • English
  • Русский
Dil seçimi:

İşçilərin bədbəxt hadisələrdən sığortası

İşçilərin bədbəxt hadisələrdən sığortası

Bədbəxt hadisələrdən sığorta, şəxsi sığorta növüdür. Sığorta olunaın ölümü və ya sağlamlığının itirilməsi nəticəsində zərərin ödənilməsi üçün nəzərdə tutulub. Fərdi və qrup halında (məsələn, müəssisə işçilərinin sığortası), habelə könüllü və icbari sığorta formalarında (məsələn, sərnişin, hərbi qulluqçular və digər kateqoriyadan olan vətəndaşlar) həyata keçirilir.

Bədbəxt hadisələrdən sığorta, qarışıq həyat sığortası ilə eyni prinsiplər üzərində qurulub. Onlardan ən başlıcası – sığorta dövründə, sığortalılarla baş verən bədbəxt hadisə nəticələri ilə şərtləndirilən sığorta məsuliyyəti həcminin məhdudlaşdırıılmasıdır. Belə məhdudiyyət sığorta tariflərinin mümkünlüyünü təmin edir və sosial sığortanın bilavasitə əlavəsi kimi bədbəxt hadisələrdən sığortanın geniş inkişafına imkan yaradır.

Bədbəxt hadisələrdən sığorta müqavilələrinin əsasını qısamüddətli növlər təşkil edir. Bədbəxt hadisələrdən sığorta müqavilələri üzrə sığorta edənin sığorta məsiliyyətinin həcminə, bədbəxt hadisənin səbəb olduğu nəticələr daxil olunur. Bu halda, sözün əsl mənasında, ümumiyyətlə istənilən bədbəxt hadisə deyil, yalnız “Sığorta hadisəsi” adlanan, müqavilə şərtləriylə nəzərə alınan hadisələr nəzərdə tutulur. İstehsalatda bədbəxt hadisələrdən sığortaya əsasən, yalnız peşə fəaliyyəti zamanı və ya yalnız onun icrası ilə bağlı baş vermiş bədbəxt hadisələr sığorta hadisəsi hesab olunacaq.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalı olan şəxslər:

Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:

  1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
  2. dövlət orqanları;
  3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  4. seçkili orqanlar;
  5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalı olan şəxslər:

Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar:

  1. Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər
  2. seçkili ödənişli vəzifələrdə;
  3. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
  4. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
  5. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
  6. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də («Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:

  1. Qulluqçular üçün 0.2-0.5% arasında.
  2. Fəhlələr üçün 0.4-2.0% arasında.

Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta ödənişləri aşağıdakı hallarda həyata keçirilir:

1.İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;

        2.İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.

Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.

        Sığorta ödənişindən imtinanın əsasları:

        1.sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;

        2.sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;

        3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.