• Azərbaycan
  • English
  • Русский
Dil seçimi:

Bakıda mühasibat xidmətləri

“AZCONSULT GROUP” MMC Bakıda mühasibat xidmətlərinin göstərilməsi, mühasibat xidməti və hüquqi şəxslərin, təşkilati-hüquqi strukturundan, fəaliyyət istiqamətlərindən və tətbiq olunan vergitutma sistemindən asılı olmayaraq kompleks mühasibat müşayiəti üzrə ixtisaslaşır. Əməkdaşlarımızın çoxillik peşə təcrübəsi, istənilən müştəriyə diqqətli və səmimi yanaşmaları mühasibat xidmətlərini həm fərdi sahibkarlara (FS), həm də MMC və ya QSC formasında şirkətlərə, bərabər dərəcədə keyfiyyətli göstərməyə imkan verir .

Mühasibat xidmətini və kompleks mühasibat müşayiətlərini (AUTSORSİNQ), mühasibat xidmətlərinin göstərilməsi sahəsində 5 ildən 20 ilədək  iş təcrübəsi olan (ali təhsilli) ixtisaslaşdırılmış mühasiblər – əməkdaşlarımız  həyata keçirir.

Biz mühasibat xidmətlərinin keyfiyyətinə zəmanət veririk!

Bakıda mühasibat xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət dövründə əməkdaşlarımız tərəfindən mühasibatın aparılması üzrə zəngin təcrübə toplanıb.
Bizə müraciət edərək, Sizi maraqlandıran məsələlər barədə yüksək ixtisaslı xidmət əldə edirsiniz. Biz Azərbaycanın qanunvericiliyində olan dəyişiklikləri diqqətlə izləyirik və əməkdaşlarımızın ixtisasını daim artırırıq.
Biz bütün müştərilərimizə çevik qiymətlər, fərdi yanaşma və tam məxfiliyə zəmanət veririk.

“AZCONSULT GROUP” MMC, hüquqi və fikizi şəxslərə mühasibat xidmətlərini təklif edir:

  • Mühasibat və vergi uçotunun aparılması
  • Mühasibat uçotunun bərpası
  • Uçot siyasətinin işlənib hazırlanması
  • Hesabat vergilərinin tərtib edilməsi
  • Mühasibat və vergi konsultasiyaları
  • Kadr inzibatçılığı

Kompleks mühasibat müşayiətləri (AUTSORSİNQ)

Vergilərin hesablanması və hazırlanması, vergi bəyannamələrinin verilməsi.
( www.e-taxes.gov.az saytında)
Aylıq (ƏDV üçün)
və illik (sadələşdirilmiş sistem üçün)
Mühasibat hesabatlarının formalaşması İllik
Vergi və ilk.ödəniş tapşırıqlarının hazırlanması Bəli
Əmək haqqının hesablanması, vergilərin, əmək haqqı üzrə sığorta haqlarının hesablanması Bəli
Hesabatın hazırlanması və verilməsi
(statistika-www.stat.gov.az , təqaüd fondu  – www.e-sspf.gov.az , və məşğulluq fondu)
Bəli
Kassa əməliyyatları (kassa mədaxil və məxaric sənədləri, avans hesabatlarıı) Bəli
Mal, iş, xidmət təchizatçılarından ilkin mədaxil sənədlərinin işlənilməsi Daim
Malın, xidmətin həyata keçirilməsi zamanı müştəri üçün ilkin sənədlərin formalaşdırılması Daim
Kadr inzibatçılığı, əməkdaşların  işə qəbulu-çıxarılması üzrə kadr sənədləri.
Əməkdaşların elektron əmək müqaviləsi (www.e-gov.az  saytında)
Bəli
Mühasibat və vergi uçotu sahəsində konsultasiya Daim
Kuryer xidməti (təcili zərurət olduqda) Birdəfəlik

Sürətli sual-cavab

 

Sual:
Niyə mən Sizi seçməliyəm? Sizin kimi, mühasibat uçotu xidməti göstərən  eyni şirkətlərdən nə ilə fərqlənirsiniz?

Cavab:
Biz bütün tərəfdaşlarımıza və rəqiblərimizə  hörmətlə yanaşırıq.
Mühasibat xidmətlərinin kompleks paketlərini təklif edirik.
Sizi, şəxsi mühasibatın ağır yük şəklində olan qeyri-profil fəaliyyətindən tamamilə azad edirik. Siz qüvvənizi yalnız biznesdə cəmləşdirirsiniz.
Qiymətlər bazar reallığı ilə uyğunlaşdırılmışdır.
Biz həmişə razılaşa bilərik.
İşdə və ünsiyyətdə çevik.
Sizin şəxsi baş mühasibiniz olacaq! Təşkilatlara mühasibat uçotu xidmətlərinin göstərilməsi bizim peşəkar fəaliyyətimizdir.

Sual:
Əgər sizi seçsəm, qənat edəcəmmi?

Cavab:
Siz, şübhəsiz real qənaət edəcəksiniz:
– müştəriylə bu və ya digər sövdələşməni, vergitutma nöqteyi-nəzərdən optimal şəkildə necə qurmaq barədə konsultasiya verəcəyik;
– vergilərin aralıq hesablamasını yerinə yetirəcəyik və yol verilən vergi yükləməsini və rentabelliyini müzakirə edəcəyik.
Siz qənaət edirsiniz.
– mühasibin iş yerinin təşkil edilməsində;
– əmək haqqında, əmək haqqı üzrə vergilərdə;
– hər cür və, bir qayda olaraq, uydurma problemlərin gündəlik ünsiyyət və müzakirəsində;

Biz ikitərəfli dialoqa açığıq. Bizə zəng edin, yazın, Sizin problemlərinizi müzakirə edib və optimal həllini taparıq.
Ən əsası: biz real insanlarıq və bizim mühasibat xidmətlərimiz biznesinizə inkişaf etməyə kömək edəcəksə şad olarıq, siz isə şəxsi malınızı və ya xidmətinizi real pula çevirə biləcəksiniz.

Biz ümid edirik ki, bizim təklif etdiyimiz xidmətlər Sizin marağınızı oyadacaq və belə olduğ  halda biz əməkdaşlığımıza şad olacağıq!

Biznesinizə çiçəklənmə və müvəffəqiyyətlər!