• Azərbaycan
  • English
  • Русский
Dil seçimi:

Bakıda fiziki və hüquqi şəxslərin qeydiyyatı
“AZCONSULT GROUP” MMC hüquqi və fiziki şəxslərə qeydiyyat xidmətləri təklif edir:

  • Xarici şirkətlərin MMC, nümayəndəlik və filiallarının qeydiyyatı.
  • Hüquqi şəxslərin yenidən qeydiyyatı.
  • Lisenziyaların və sertifikatların alınması zamanı kömək.
  • Əmtəə nişanının qeydiyyatı.

Bakıda fiziki və hüquqi şəxslərin qeydiyyatı, hüquqi şəxs və fiziki şəxs anlayışını nəzərdə tutur.

Hüquqi şəxs – iqtisadi fəaliyyət aparan, hüquq və öhdəlikləri olan və öhdəlikləri üzrə firmanın əmlakı və nizamnamə kapitalı ilə cavab verən firmadır. Hüquqi şəxs mühasibat uçotunu aparmalı, və qanunla müəyyən edilmiş xidmətə hesabatları verməlidir. Həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları, hüquqi şəxs ola bilərlər.

Fiziki şəxs – fəaliyyət göstərən və öhdəlikləri üzrə bütün əmlakı ilə  cavab verən şəxsdir. Fiziki şəxs mühasibat uçotu aparmağa məcbur deyil.

  • Fiziki şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin yerli investisiyalarla təsis edilməsi;
  • Hüquqi şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin yerli investisiyalarla təsis edilməsi;
  • Hüquqi şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin xarici investisiyalarla təsis edilməsi;
  • Fiziki şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin xarici investisiyalarla təsis edilməsi;
  • Hüquqi şəxsin nümayəndəliyinin təsis edilməsi;
  • Hüquqi şəxsin filialının təsis edilməsi;
  • Fiziki şəxsin (fərdi sahibkarnı) qeydiyyatı.

Ətraflı məlumat üçün bizim mütəxəssislərə müraciət edin: telefon: (+994 70) 478 40 46,  (+994 12) 408 40 46  və ya e-mail: info@azconsult.az

Fiziki şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin yerli investisiyalarla yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Təşkilatın təsisçisinin(lərinin) şəxsiyyət vəsiqəsinin(lərinin) surəti(ləri);
  • Təşkilatın qeydiyyat vəsiqəsinin və ya hüquqi ünvanı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiqlənmiş forması;

Qeyd: Təşkilatın hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adına deyilsə, bu haldahazırki sənədlərə, seçilmiş hüquqi ünvanın məxsus olduğu şəxs adından etirazının olmaması barədə notariat qaydasında təsdiqlənmiş ərizə (ərizə forması bizim tərəfimizdən təqdim edilir) əlavə edilir.

  • Təsisçi, direktorun səlahiyyətlərinin icrası üçün kənar şəxsi təyin edərsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
  • Notarius tərəfindən təsdiqlənmiş, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə (etibarnamə forması bizim tərəfimizdən təqdim edilir).

 Hüquqi şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin yerli investisiyalarla yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Notarius tərəfindən təsdiqlənmiş, təsisçi-hüquqi şəxsin Nizamnaməsi;
  • Notarius tərəfindən təsdiqlənmiş, təsisçi-hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə;
  • Hüquqi şəxsin yaradılması haqqında qərar;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə*.• Təşkilatın qeydiyyat vəsiqəsinin və ya hüquqi ünvanı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiqlənmiş forması.

Hüquqi şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin xarici investisiyalarla yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, baş müəssisənin hüquqi şəxsinin nizamnaməsi *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, hüquqi şəxsin yaradılması haqqında qərar *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə*.

Fiziki şəxs, təsisçi qismində çıxış etdikdə, hüquqi şəxsin xarici investisiyalarla yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış şəxsin, vətənində hər hansı bir kommersiya hüquqi şəxsinin təsisçisi və ya fərdi sahibkar olduğunu (çox güman ki, şəxsin adı müvafiq reyestrə qeyd edilməlib) təsdiq edən sənəd *.
  • Pasportun surəti (vətəndaş və xarici)
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə*.

Hüquqi şəxsin nümayəndəliyinin yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, baş müəssisənin hüquqi şəxsinin nizamnaməsi *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, nümayənədəliyin yaradılması haqqında qərar *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə*.

Hüquqi şəxsin filialının yaradılması halında, Sizə aşağıdakı sənədləri təqdim etmək lazım gələcək:

  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, baş müəssisənin hüquqi şəxsinin nizamnaməsi *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, filialın yaradılması haqqında qərar *;
  • Notarius tərəfindən təsdiqlənmiş və ya müvafiq ölkədə Azərbaycan səfirliyində leqallaşdırılmış, vəkalət verilmiş şəxsə, bütün fəaliyyətlərin aparılması, dövlət orqanlarına müraciət və qeydiyyat üçün zəruri olan bütün sənədləri imzalaması ilə bağlı, verilən etibarnamə*.

*MDB ölkələrində sənədləri leqallaşdırmağa ehtiyac yoxdur, çünki bizim ölkələrimiz arasında belə ehtiyacdan azad edən müqavilə imzalanmışdır; digər ölkələrə gəlincə, həmin ölkə, Haaqa konvensiyasına qoşulubsa, sənədlərin konsul leqallaşdırması tələb olunmayacaq (çünki Azərbaycan 02/03/2005-ci ildən konsul leqallaşdırmasının ləğvi haqqında Haaqa konvensiyasına qoşulub), sənədlər isə apostilin vurulması ilə leqallaşdırılacaq.