• Azərbaycan
  • English
  • Русский
Dil seçimi:

Bakıda auditor xidmətləri

Auditor xidmətləri – müəssisənin iqtisadi-maliyyə vəziyyətini daha dolğun və obyektiv qiymətləndirməyə, biznesin mənfəətinin və effektivliyinin artırılmasına yönəlmiş gələcək fəaliyyət planını hazırlamağa imkanı verən, şirkətin idarə edilməsini yaxşılaşdıran prosedurlar kompleksidir.

Bir qayda olaraq, auditor xidmətlərinin növləri , Sifarişçinin mühasibat uçotu və vergitutma məsələləri üzrə bilavasitə yoxlamasından və konsultasiyasından  ibarətdir. Yoxlama zamanı müəssisə işinin  və onun fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi həyata keçirilir, maliyyə idarəetməsində problemlərin həllində kömək təklif edilir. Sifarişçiyə, sifarışçinin əməkdaşlarının mühasibat uçotu, vergitutma ilə bağlı məsələlərin və Sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinin digər məsələlərinin istənilən an həll edə biləcəkləri müəyyən auditor briqadası təhkim edilir.

Beləliklə, Sifarişçiylə iş, yalnız yoxlama dövrüylə məhdudlaşdırılmır və daimi rejimdə davam edir. Dövr üzrə yoxlamalardan fərqli olaraq, auditor müşayiəti, il ərzində Sifarişçi tərəfindən buraxılan səhvlərin operativ aradan qaldırılmasına və mühasibat və vergi uçotunun effektiv sisteminin və  gələcəkdə səhvlərin yaranması ehtimalını aşağı salan daxili nəzarət sisteminin təşkil edilməsinə imkan yaradır.

“AZCONSULT GROUP” şirkəti tərəfindən göstərilən xidmətlərinin siyahısına, həm audit, həm də audit fəaliyyəti ilə bağlı bütün digər işlər daxildir. Məsələn, konsultasiya və ya mühasibat xidmətləri sahəsində yardım. Mühasibat xidmətinin göstərilməsi üzrə qiymətlər, sənəd dövriyyəsinin həcmindən asılı olaraq, konsaltinq üzrə isə – məsələnin çətinliyindən asılı olaraq formalaşır.

Biz ümid edirik ki, bizim təklif etdiyimiz xidmətlər Sizin marağınızı oyadacaq və belə olduğ  halda biz əməkdaşlığımıza şad olacağıq!

Biznesinizə çiçəklənmə və müvəffəqiyyətlər!