• Azərbaycan
  • English
  • Русский
Dil seçimi:

Azərbaycanda məzuniyyət növləri

Azərbaycanda məzuniyyət növləri

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən hər bir işçi ildə bir dəfə ödənişli məzuniyyət hüququna malikdir.  İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. O, il ərzində bir əmək məzuniyyəti hüququna malikdir.

Əmək məzuniyyəti, əsas və əlavə məzuniyyətə bölünür.

Əsas məsuniyyət, işçiyə 21 təqvim günündən az olmayaraq müddətdə məzuniyyət verilməsini nəzərdə tutur. Kənd təsərrüfatı sahəsində çalışan işçilərə, dövlət qulluqçularına, müəssisə rəhbərlərinə, metodistlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və s. 30 təqvim günü müddətində məzuniyyət verilir.

Natamam iş qrafiki əsasında işləyən işçilərə, əmək məzuniyyəti eyni həcmdə nəzərdə tutulur.

Əmək stajından asılı olaraq, əsas məzuniyyətlə yanaşı, müəyyən istirahət günləri verilir – əlavə məzuniyyət.

Beləliklə, 5 ildən 10 ilədək əmək stajı olduqda – 2, 10 ildən 15 ilədək – 4, 15 ildən çox olduqda – 6 təqvim günü məzuniyyət verilməsi nəzərdə tutulur.

Həmçinin, əmək məzuniyyətində başqa, işçilər, uşağa qulluğa görə qadınlara sosial məzuniyyət, təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyət əldə etmək hüququna malikdirlər.

Tabeçiliyində olanların məzuniyyət alma hüquqlarını pozan işəgötürənləri, 1500-2000 manat həcmində cərimə sanksiyaları gözləyir.